"Mançester Yunayted"i "Arsenal"a dəyişə bilər

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az "The Atletic"ə istinadən xəbər verir ki, "Arsenal" Reşfordu transfer etmək israrlıdır.

Baş məşqçi Arteta Reşfordun transferini yanvar ayında başa çatmasını rəhbərlikdən tələb edib.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Reşfordun hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avrodur.

O cari mövsümdə çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.