"Mançester Yunayted"in rəhbərliyi qapıçıdan narazıdır

"Mançester Yunayted"in rəhbərliyi kamerunlu qapıçı Andre Onanın çıxışından narazıdır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu oyunçunu satmaq fikrində qətidir.

29 yaşlı kiperlə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

Qeyd edək ki, A.Onananın transfer qiyməti 25 milyon avrodur.