"Mançester Yunayted"in yeni hədəfi

"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın fransalı futbolçusu Jul Kunde "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Kundenin transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ildən "Barselona"da çıxış edir.