Mançesterdə yeni müqavilə

"Mançester Siti" futbolçusu Con Stounzla yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Stounz 2016 -cı ildə "Everton"dan Mançester təmsilçisinə transfer olunub. O, ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 22 oyunda 4 qol vurub.