Manuel Noyer Buffona çatdı

Almaniya millisinin qapıçısı Manuel Noyer karyerasında daha bir əlamətdar göstəriciyə nail olub.

Sportline.az xəbər verir ki, Avropa çempionatının qrup mərhələsində ikinci oyuna çıxan təcrübəli qolkiper bununla qitə çempionatlarında 17-ci matçını rəsmiləşdirib.

Noyerdən əvvəl bu göstərici İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffona məxsus olub.

Qrup mərhələsinin növbəti turunda Noyerin bu rekordu yeniləmək imkanı var.

Qeyd edək ki, Almaniya millisi növbəti turda İsveçrə ilə qarşılaşacaq.