Mareska "Mançester Siti"yə gəlir
“Mançester Siti” yeni baş məşqçi məsələsində Enzo Maresca ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi italiyalı mütəxəssislə anlaşma əldə edib.
Qeyd edək ki, Pep Qvardiola “Mançester Siti”dən ayrıldığını açıqlayıb. Qvardiolanın karyerasında fasilə verməyi düşündüyü qeyd edilir. Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında İngiltərə təmsilçisi Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bir çox titul qazanıb.