Mark Giu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Giu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
M.Giu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir.
Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"dan "Çelsi"yə keçən 20 yaşlı futbolçu London klubunun heyətində 29 matçda 8 qol vurub. O, ötən il komandası ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.