Mark Kasadonun transfer qiyməti bilinib

"Barselona" ispaniyalı futbolçusu Mark Kasadonun transfer qiymətini açıqlayıb.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Kasado üçün 50 milyon avro tələb edir. 

Almaniyanın "Bayer" klubu oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Leverkuzen təmsilçisi önümüzdəki günlərdə "Barselona" ilə danışıqlara başlayacaq.