Martinellinin transfer qiyməti açıqlanıb

"Arsenal" brazilyali futbolçusu Qabriel Martinellinin transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, London klubu 24 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Səudiyyə Ərəbistanı klubları Martinelli ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Arsenal" hazırda İngiltərə Premyer Liqasında 3 turdan sonra 6 xalla 2-ci pillədə yer alır.