Martinez "İnter"in hədəfindədir

"Aston Villa"nın kiperi Emiliano Martinez "İnter"in diqqət mərkəzindədir.

Sportline.az "Birmingham Live" nəşrinə istinadən xəbər verir ki, "nerazzuri" argentinalı dünya çempionunu heyətə qatmaqda israrlıdır.

33 yaşlı qapıçı bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda qapısında 20 top görüb.

Qeyd edək ki, E.Martinezin dəyəri "Transfermarkt" portalına görə, 15 milyon avrodur.