Mateta "Mançester Yunayted" yolunda
"Mançester Yunayted" "Kristal Pelas"ın forvardı Jan Filipp Matetanı 2026-cı ilin yayında transfer etməyi planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Mateta bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 4 qolla yadda qalıb.
Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.