Mats Hummels milliyə minnət qoydu
Bundestimin aparıcı futbolçularından olan Mats Hummels millimiz üzərində 4:1 hesablə qələbəni şərh edib. Sportline.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında komandasının oyunundan tam razı qalmadığını bildirib: "Biz Azərbaycan millisinə göründüklərindən daha yaxşı görsənmək imkanı verdik. Özümüzə bir qədər arxayın idik. Amma bu, yaxşı hal deyil. Ona görə də oyun düşündüyümüzdən daha çətin alındı"