“Mayami Hit” “Memfis”dən güclü oldu

NBA-də yeni mövsümə iddialı başlamaq istəyən “Mayami Hit” növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Mayami Hit” səfərdə “Memfis Qrizzles”lə qarşılaşıb. Matç “Mayami” basketbolçularının 114:109 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ən məhsuldar basketbolçusu “Memfis”in oyunçusu Desmond Beyn olub. 19 xal 4 ribaund 7 asist.

“Mayami Hit”in ən məhsuldar basketbolçusu Coş Kristopher olub. 17 xal 3 ribaund 4 asist.

Qeyd edək ki, “Mayami Hit”in ulduz basketbolçusu Cimi Batler matçda iştirak etməyib.