“Mayami Hit”dən əzimkar qələbə

Bu mövsüm NBA-də çempion olmağı hədəfləyən “Mayami Hit” növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Mayami Hit” öz meydanında “Atlanta Houks”la qarşılaşıb. Görüş “Mayami” basketbolçularının 120:111 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ən məhsuldar basketbolçusu “Mayami Hit”in oyunçusu Cimi Batler olub. 24 xal 5 ribaund 3 asist.

“Atlanta Houks”un ən məhsuldar oyunçusu isə Calen Conson olub. 21 xal 5 ribaund 4 asist.

Qeyd edək ki, “Atlanta Houks”un ulduz basketbolçusu Trey Younq 17 dəqiqə meydanda olub. 10 xal 7 asistlə yadda qalıb.