Maykl Cordanın forması bu qiymətə satılıb
Basketbol əfsanəsi Maykl Cordanın forması 4.68 milyon dollar satıldığı bildirilir.
Sportline.az xəbər verir ki, “Çikaqo Bullz”un əfsanəvi oyunçusu Maykl Cordanın 1996-97 mövsümündə geyindiyi formasının 4.68 milyon dollara satıldığı qeyd olunur.
“Sotheby's” şirkətinə görə Maykl Cordan formayı sezon boyu ən az 17 matçda geyinmişdi.
Cordanın bu forması, bütün zamanların ən bahalı dördüncü NBA forması olub.
Qeyd edək ki, Maykl Cordan 6 qat NBA çempionudur.