Maykl Olise ilə İngiltərə nəhəngi yaxından maraqlanır

"Bavariya"nın fransalı sağ cinah vingeri Maykl Olise ilə "Liverpul" yaxından maraqlanır

Sportline.az xəbər verir ki, Salah gələn yay klubdan ayrılsa, Mersisayd təmsilçisi Oliseni transfer etməyə çalışacaq.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Olisenin transfer qiyməti 100 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 7 qol 2 asistlə yadda qalıb. 

Xatırladaq ki, Olise daha əvvəl İngiltərədə "Kristal Pelas", "Ridinq", "Mançester Siti", "Çelsi" və "Arsenal" kimi klubların formasını geyinib.

23 yaşlı futbolçunun Münhen klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.