Mbappe "Arsenal"ın futbolçusuna göz qoyub
Kilian Mbappe "Arsenal"ın fransalı müdafiəçisi Vilyam Salibanı "Real Madrid"ə transfer olmasını istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Le10Sport" nəşri məlumat yayıb.
"Arsenal" Salibanı satmaq niyyətində deyil. 23 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, "Real Madrid" oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Saliba bu mövsüm çıxış etdiyi 33 matçda 2 qolla yadda qalıb.
O 2019-cu ildən "Arsenal"ın şərəfini qoruyur.
Salibanın London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.