Mbappe başla fərqləndi, tarixə düşdü
PSJ-nin futbolçusu Kilian Mbappe 4 il sonra ilk dəfə Liqa 1-də başla qol vura bilib.
Sportline.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb. 22 yaşlı hücumçu ötən gecə Liqa 1-in 3-cü turunda "Brest"lə oyunda başla qol vurub. Bu da 2017-ci ildən sonra fransalı oyunçu üçün ilkdir. O, son dəfə həmin il "Monako"nun heyətində çıxış edərkən başla qapıya dəqiq zərbə vurub.
Qeyd edək ki, Mbappe gerdiə qalan mövsüm 31 matçda 27 qola imza atıb.