Mbappe: "Real Madrid"də oynamaq mənə yuxu kimi gəlir"
"Real Madrid"in fransalı ulduzu Killian Mbappe jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu bu fikirləri səsləndirib;
"Real Madrid"də oynamaq mənə yuxu kimi gəlir. Tarixin ən böyük klubunda çıxış edirəm. Bununla qürur duyuram. "Real"da tarix yazmaq istəyirəm", - deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 27 qol və 3 asistlə yadda qalıb.