Mbappe "Real"ın heyətindən kənarda qaldı
Bu gecə İspaniya Kral kubokunda yarımfinal mərhələsinin oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, "Real" "Real Sosyedad"ın qonağı olacaq.
Madrid klubu bu qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Dişindən əməliyyat olunan Kilian Mbappe bu gecə komandasına kömək edə bilməyəcək.
İspaniyanın AS nəşrinin məlumatına görə fransalı futbolçunun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 00:30-da başlanacaq.