Məhşur italiyalı "Fənərbağça"ya geri dönüb

"Fənərbağça" sabiq basketbolçusu Nikola Mellini heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

İtaliyalı forvardla 2 illik müqavilə imzalanıb.

Nikola Melli 2017-2019-cu illərdə də İstanbul klubunun şərəfini qoruyub.Son klubu isə "Milano" olub.

Qeyd edək ki, 33 yaşlı basketbolçu karyerasında 4 İtaliya Liqasının, 2 dəfə Almaniya Liqasının və 1 dəfə Türkiyə Liqasının qalibi olub.