Melvin Bard İngiltərə klubunda
"Nitsa"nın futbolçusu Melvin Bard karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Lids Yunayted" 25 yaşlı sol cinah müdafiəçisini heyətinə qatacaq.
Bu haqda "BBC Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Bard dəyəri 10 milyon avrodur.