Məmmədyarov Navaraya, Rəcəbov Giriyə qarşı
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.
Sportline.az xəbər verir ki, şahmatçılarımızdan Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov isə qara fiqurlarla oynayacaq.
"ShamkirChess 2019"
IV tur
3 aprel
Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç)
Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan)
Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya)
Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)
Qeyd edək ki, 3 turdan sonra Karlsen 2,5 xalla 1-ci pillədədir. Karyakin və Liren hərəyə 2 xalla 2-3-cü, Anand, Topalov və Rəcəbov hərəyə 1,5 xalla 4 - 6-cı yerləri bölüşür. Hərəyə 1 xala malik Navara, Məmmədyarov, Qrişuk və Giri isə 6 - 10-cu yerdə qərarlaşıb. Yarışa aprelin 9-da yekun vurulacaq.