"Mən "Milan"da qalmaq istəyirəm"

“Fənərbağça”nın gündəmində olan Nkunku iddialara son qoydu.

Sportline.az xəbər verir ki, Nkunku “Fiorentina” oyununun ardından gələcəyi ilə bağlı açıqlama verib.

“Milan”ın “Fiorentina” ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada komandasının yeganə qolunu vuran fransız futbolçu matçdan sonra yayımçı qurum DAZN-a danışıb.

Nkunku açıqlamasında “Milan”da qalmaq istədiyini açıq şəkildə bildirib.Təcrübəli hücumçu transfer xəbərlərinə münasibət bildirərək belə deyib: “Transfer bazarı ilə bağlı yayılan xəbərlər sadəcə şayiələrdir. Mən ‘Milan’da qalmaq istəyirəm", - deyə 28 yaşlı futbolçu bildirib.