Mersedes Uolker: "Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq"

"Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşırıq".

Bunu Sportline.az-a açıqlamasında 3x3 basketbol üzrə qadınlardan ibarət seçmə komandanın üzvü Mersedes Uolker deyib.

Təcrübəli basketbolçu Fransa sınaqlarına hazırlığın plan üzrə davam etdiyini bildirib: "Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Bu mötəbər yarışda yalnız iştirakla kifayətlənmək niyytində deyilik. Parisə böyük ümidlərlə yollanacağıq. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Məsuliyyti lazımınca dərk edirik. Böyük maraq və həyəcanla yarışların başlamasını gözləyirik. Ümid edirik ki, bizə bəslənən ümidlər boşa çıxmayacaq. Bizi dəstəkləyənləri sevindirmək əzmindəyik".

Qeyd edək ki, Azərbaycan Paris Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq komanda idman növündə təmsil olunacaq.