Məşhur baş məşqçi istefa verdi
Rusiyanın bədii gümnastika üzrə seçmə komandasının baş məşqçisi İrina Viner istefa vermək qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda təcrübəli mütəxəssis RİA Novosti agentliyinə məlumat verib.
"Bədii gimnastika mənim həyatımdır. Bu gözəl idman növünün inkişafına verdiyim töhfələrə görə özümü xoşbəxt hiss edirəm. Amma bununla belə baş məşqçi postundan getməyə qərar vermişəm", deyə Viner bildirib.
Qeyd edək ki, İrina Viner 2001-ci ildən Rusiya seçmə komandasının baş məşqçisi idi.