Məşhur baş məşqçi xəstəxanaya yerləşdirilib
"Atalanta"nın baş məşqçisi İvan Yuriç xəstəxanaya yerləşdirilib.
Sportline.az xəbər verir ki, İtaliya klubunun rəsmi səhifəsində məlumat yayılıb.
Onun yuxarı tənəffus yollarının soyuqlamasından əziyyət çəkdiyi bildirilir.
Mütəxəssisin artıq özünü yaxşı hiss etdiyi və yaxın günlərdə evə buraxılacağı deyilir.
Qeyd edək ki, 49 yaşlı xorvatiyalı bu ilin iyulundan "Atalanta"nın "sükanı arxasındadır".