Məşhur basketbolçu rekordunu yenilədi

“Filadelfiya Seventi Siksers”in “San Antonio Spurs”ü 133-126 hesablı məğlub etdiyi oyunda Tayris Maksi şəxsi rekordunu qırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, matçda 52 xal, 5 ribaund, 7 asistlə yadda qalan ABŞ-li basketbolçu karyerasının ən məhsuldar oyununu keçirib.

Bu “Filadelfiya”nın mövsümdəki 44-cü qələbəsi olub.

Qeyd edək ki, “Filadeldfiya” NBA-də qələbə seriyasını 5 oyuna yüksəldib.