Məşhur basketbolçuya ömürlük cəza verilə bilər

"Toronto Reptors" klubunun basketbolçusu Contey Porter ömürlük yarışlardan kənarlaşdırıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Mənbə bu informasiyada NBA-nın komissioneri Adam Silverə istinad edib.

Porter fərdi göstəricilərinə pul qoyuluşunda şübhəli bilinir.

Məsələ ilə bağlı araşdırma başlanılıb.