Məşhur futbolçu karyerasını başa vurmaq üzrədir
“Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti 31 yaşında peşəkar futbolçu karyerasını başa vurmağı düşünür.
Sportline.az xəbər verir ki, yekun qərarın gələn həftə ərzində veriləcəyi gözlənilir.
2018-ci ilin dünya çempionu olan futbolçu bu yay “Lill” ilə müqaviləsinin başa çatmasından sonra azad agentə çevrilib. Ona Yaxın Şərqdən təkliflər gəlsə də, 2018-ci il Dünya Çempionatından bəri davam edən diz problemi səbəbindən futbolu davam etdirmək istəyi barədə hələ də tərəddüd edir.
Bir vaxtlar dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab olunan Umtitinin karyerası məhz zədələr üzündən tənəzzülə uğrayıb. O, sonuncu rəsmi oyununu 2024-cü ilin yanvarında keçirib. 2024/25 mövsümündə isə fransalı futbolçu zədə səbəbindən heç bir matçda meydana çıxmayıb.