Məşhur futbolçu klubsuz qaldı
Seneqallı futbolçu Demba Ba İsveçrə Superliqa təmsilçisi "Luqano"dan ayrılıb.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu klubla müqaviləni ləğv edib.
Qeyd edək ki, Demba Ba iyunda "Luqano" ilə 1 illik müqavilə imzalamışdı. O bu klubda 3 oyuna çıxmışdı.