Məşhur futbolçu sürücülük vəsiqəsindən məhrum edildi
Məşhur futbolçu Raca Nainqollan "Antverpen"ə transferindən 1 həftə sonra problemlə üzləşib.
Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi şəhərin mərkəzində təxminən 100 km/s sürətlə hərəkət edərkən yol hərkətə qaydalarını pozub. Nəticədə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Futbolçunun spirtli içkidən istifadə etdiyi də məlum olub. Nəticədə o, 15 günlük sürücülük vəsiqəsindən məhrum edilib.
Qeyd edək ki, Nainqollan karyerası ərzində "Roma", "İnter" kimi komandalarda çıxış edib.