Məşhur idmançı karyerasını bitirib

Məşhur MMA döyüşçüsü Ceff Monson peşəkar karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, bu haqda idmançının özü məlumat paylaşıb - "Düşünürəm ki, peşəkar karyeram başa çatıb".

Qeyd edək ki, 53 yaşlı idmançı son döyüşündə tacikistanlı Dilşod Mizirovla qarşılaşmışdı.

Həmin görüşdə qalib müəyyənləşməmişdi. 

Ümumilikdə isə, o, karyerası ərzində 60 qələbə qazanıb, 26 məğlubiyyətlə üzləşib.