Məşhur italiyalı futbolçu MLS klubunun sahibi olub
“Yuventus”un və İtaliya millisinin sabiq müdafiəçisi Corco Kiellini “Los Anceles FC” klubunun sahiblərindən biri olub.
Sportline.az xəbər verir ki, klubun rəsmi açıqlamasında Kiellini deyib:
“Bu qərarı verdiyim üçün qürur duyuram, çünki klubda ilk gündən hiss etdiyim enerji xüsusi idi.”
40 yaşlı Kiellini 2022-ci ildə “Los Anceles FC” ilə MLS Kubokunu qazandıqdan sonra futbolçu karyerasını başa vurub və 2024-cü ildə klubda oyunçu inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərib.