Məşhur kapitan klubunu dəyişdi
"Çelsi"nin və İngiltərə millisinin sabiq kapitanı Qari Keyhill (Gary Cahill) "Bornmut" klubuna keçib.
Sportline.az xəbər verir ki, Bu barədə "Bornmut"un mətbuat xidməti məlumat yayıb.
Kluba azad agent qismində keçən futbolçu cari mövsümün sonuna qədər müqavilə imzalayıb,
Xatırladaq ki, "Bornmut" İngiltərənin ikinci divizyonu sayılan Çempionçipdə mübarizə aparır və hazırda turnir cədvəlinin 4-cu pilləsində yer alır.