Məşhur məşqçi "Arsenal"a keçir?
"Arsenal" rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın istefaya göndərməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu barədə "Football London" nəşri məlumat yayıb.
Xəbərə görə, ispan mütəxəssisin yerinə "İnter"in sabiq baş məşqçisi Antonio Kontenin gələcəyi gözlənilir.
Qarşıdakı 5 oyunda "Arsenal" lazım olan nəticəni əldə etməsə, klub rəhbərliyi düşünmədən Arteta ilə yolları ayıracaq.
Qeyd edək ki, İPL-in ilk iki turunda "Arsenal" ardıcıl məğlubiyyətlə üzləşib.