Məşqçi və idmançıya 10 illik cəza

Tokio Yay Olimpiya Oyunlarında israilli cüdoçu ilə qarşılaşmamaq üçün yarışdan imtina edən Əlcəzair təmsilçisi Fəthi Nurinin cəzası açıqlanıb.

Sportline.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası onu 10 il yarışlardan kənarlaşdırıb.

Qeyd edək ki, Fəthi Nurin Tokio-2020-nin 1/16 finalında İsrail cüdoçusu Tohar Butbulla qarşılaşmalı idi. Lakin Əlcəzair idmançısı və onun məşqçisi Amar Benixlef Fələstinə dəstək məqsədi ilə yarışdan çəkildiklərini elan etmişdilər.

Beynəlxalq Cüdo Federasiyası cüdoçu və məşqçisi ilə bağlı araşdırmanı yekunlaşdırıb. Federasiya Fəthi Nurin və Amar Benixlefi olimpiadanı "siyasət və dini təbliğat"a alət etməkdə suçlayıb. Hər iki şəxs 10 il bütün yarışlardan kənarlaşdırılıb.