Messi "Barselona"dan ayrılmaq qərarındadır

Lionel Messi “Barselona”dan ayrılmağı planlaşdırır. İspaniya mətbuatının yaydığı xəbərə görə, argentinalı ulduz katoloniyalılarla müqavilənin müddətini uzatmaq niyyətində deyil. 29 yaşlı forvard hələ bu ilin yayında istəyini klub prezidentinə çatdırmışdı. Amma, Bartomeu ona tələsik qərar qəbul etməməyi məsləhət görmüşdü. Bu günlərdə həmin məsələ yenidən gündəmə gəlib. Xatırladaq ki, Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ildə başa çatır. Onun transfer dəyəri isə, 120 milyon avro kimi qiymətləndirilir.