Messi "Barselona"ya qayıdacaq

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi vaxtilə ulduz kimi parladığı "Barselona"ya qayıda bilər.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Aleks Kandal sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Onun sözlərinə görə, Messi doğma komandasının yenilənmiş "Nou Kamp"ında oynamamış karyerasını bitirmək niyyətində deyil.

Qeyd edək ki, Messinin "İnter Mayami"yə keçidi haqqında da ilk olaraq Kandal xəbər vermişdi.

Leonun ABŞ təksilçisi ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.

Transfermarkt portalında onun hazırkı dəyəri 20 milyon avrodur.