Messi DÇ-nin rəsmi topunu qiymətləndirib

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2018-in rəsmi topunu dəyərləndirib. Sportline.az xəbər verir ki, dünya şöhrətli futbolçu Adidas firmasının məhsulundan razılığını bildirib: "İlk növbədə topun dizaynını bəyəndim. Rəng seçimi də uğurlu alınıb. Bu topla futbol oynamaqdan zövq alıram". Qeyd edək ki, Argentina millisi sabah saat 17-00-da Moskvanın "Lujniki" arenasında Rusiya seçməsi ilə yoldaşlıq matçına çıxacaq.