Messi "İnter Mayami"də qalacaq

Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.

Argentinalı ulduzun MLS klubu ilə hazırkı müqaviləsi bu ilin dekabr ayının 31-də başa çatacaq.

Qeyd edək ki, L.Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir.