Messi PSJ-də ilk oyuna çıxdı, komandası qalib gəldi

Fransa çempionatında PSJ "Reyms"in qonağı olub.

Sportline.az xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi debüt edib. O, 66-cı dəqiqədə Neymarın yerinə meydana daxil olub.

Görüş Kilian Mbappenin dublu ilə 2-0 hesabı ilə PSJ-nin xeyrinə yekunlaşıb.