Messi "Qızıl butsı" geyinəcək
"Barselona"nın forvardı Lionel Messi yenidən "Qızıl butsı" mükafatına lyiq görülüb. Argentinalı ulduz bununla 4-cü dəfə Avropanın milli çempionatlarının ən sərrast futbolçusu üçün təsis olunan mükafata sahib çıxıb. Qeyd edək ki, Messi İspaniya Primerosunun geridə qalan mövsümündə, 34 oyuna 37 qol vurub. Portuqaliya "Sportinq"inin hücumçusu Bas Dost (34 qol) ikinci, Dosrtmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanq (31 qol) üçüncü olub.