Messi Qvardiola haqqında danışıb
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqqında danışıb.
Sportline.az xəbər verir ki, Messi ispaniyalı mütəxəsis haqqında bu fikirləri səsləndirib;
"O, oyunu oxumaqda, matçlara hazırlaşmaqda və oyunçularla ünsiyyətdə çox yaxşı məşqçidir. O ən yaxşısıdır və biz "Barselona"da onu əldə etdiyimiz üçün şanslı idik. Bizdəki oyunçularla birləşdi və fikirləşdiyi hər şeyin reallaşması üçün doğru parçalar bir araya gəldi. O, başqa klublara getdi və qazanmağa davam etdi. Söhbət təkcə qalibiyyətdən getmir, komandalarının oynamaq tərzindən gedir. "Bavariya"da Çempionlar Liqasını qazanmasa da Almaniyada oyunun oynanma tərzini dəyişdi, İngiltərədə də eyni şeyi "Mançester Siti" ilə etdi, liqanın üslubunu dəyişdi. Oyunçular bu dəfə də cəhd göstərəcək, hamısını ortaya qoyub mübarizə aparacaqlar. Sonra isə xırda detallara görə mübarizədən kənar qala bilərsən", deyə Messi bildirib.