Messi, Ronaldo, yoxsa Neymar?
Bu gün FİFA "Qızıl Top"un sahibini açıqlayacaq. SportLine.az xəbər verir ki, ötən ilin ən yaxşı futbolçusuna təqdim ediləcək mükafata namizədlər sırasında Lionel Messi (Argentina, "Barsleona"), Neymar (Braziliya, "Barselona") və Kriştiano Ronaldonun (Portuqaliya, "Real Madrid") adı var.
Messi 5-ci, Ronaldo isə 4-cü dəfə bu mükafata sahib çıxıbsa, Neymar, hələ ki, "Qızıl Top"u qazanmayıb.
Mərasimdə həmçinin, İlin ən yaxşı qadın futbolçusu və ilin ən yaxşı məşqçilərinin adları bəlli olacaq.
İlin ən yaxşı qadın futbolçusu adına namizədlər
Karli Lloyd (ABŞ)
Aya Miyama (Yaponiya)
Selia Şaşiç (Almaniya)
İlin ən yaxşı məşqçisi (kişi komandalarında) adına namizədlər
Pep Quardiola ("Bavariya")
Xorxe Sampaoli (Çili millisi)
Luis Enrike ("Barselona")
İlin ən yaxşı məşqçisi (qadın komandalarında) adına namizədlər
Cill Ellis (ABŞ)
Mark Sampson (Uels)
Norio Sasaki (Yaponiya)
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 21:30-da başlayacaq və SportLine.az saytı vasitəsilə canlı yayımlanacaq.