Messi vida mərasimində göz yaşlarını saxlaya bilmədi
Hücumçu Lionel Messi "Barselona"dan ayrılması münasibətilə keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu konfrans başlamazdan əvvəl duyğularına hakim ola bilməyib. Jurnalistlər alqışlarla onu dəstəkləyiblər.
Qeyd edək ki, avqustun 5-i "Barselona" Messi ilə başa çatan müqavilənin müddətini uzatmayacağını açıqlayıb. Bunun səbəbi İspaniya La Liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir.