Messidən növbəti rekord

Argentina millisinin və "Barselona" futbol klubunun hücumçusu Lionel Messi 5-ci dəfə FİFA -nın "Qızıl Top" mükafatına sahib çıxıb. SportLine.az xəbər verir ki, futbol ulduzu bununla yeni rekord müəyyən edib. 

Qeyd edək ki, onun rekordunu təkrarlamağa ən real namizəd Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo hesab oluna bilər. Portuqaliyalının kolleksiyasında 3 "Qızıl Top" var.