Messinin cəzalandırılmasında braziliyalının əli var

Messinin cəzalandırılmasına braziliyalı vasitəçi olub. Sportline.az xəbər verir ki, söhbət Cənubi Amerika Futbol Konfederasiyasının Hakimlər Komitəsinin sədri Uilson Senemedən gedir. Əslən braziliyalı məmur Messinin nalayiq ifadə işlətdiyi həmin kadrları şəxsən FİFA-ya göndərib. Məhs həmin kadrlara əsasən Messi 4 oyunluq diskvalifikasiya olunub. Xatırladaq ki, Argentina millisinin kapitanı Çili ilə oyunda yan xətt hakimini nalayiq ifadələrə "qonaq etmişdi".