Messinin debütü sual altındadır
PSJ-nin yeni transferi Lionel Messinin Fransa çempionatının 1-ci turunda "Brest"lə matçda iştirak edib-etməyəcəyi sual altındadır.
Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino argentinalı hüçumçunun sözügedən görüş üçün heyətdə olub-olmayacağına qərar vermədiklərini bildirib: "Tezliklə bunu müəyyənləşdirəcəyik. Messi bizə müsbət enerji qatdı. O, komandaya yaxşı uyğunlaşdı. Biz Messidən razıyıq".
Qeyd edək ki, "Brest" - PSJ görüşü sabah keçiriləcək.