Messinin göz yaşlarını sildiyi salfetə 1 milyon dollar qiymət qoyuldu

Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.

Sportline.az "Mercado Libre" saytına istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.

Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.